Almaniya 20 ildən sonra uduzdu

16:42 - 1 Aprel 2021

Almaniya millisi 20 ildən sonra dünya çempionatlarının seçmə mərhələsində uduzub.

 

Sportal.az xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələ oyununda evdə Şimali Makedoniyaya 1:2 hesablı məğlubiyyət Bundestimin bir neçə rekordunun qırılmasına səbəb olub.

 

Komanda Yoahim Lövün rəhbərliyi ilə seçmə mərhələlərdə ardıcıl 18 qarşılaşmada qələbə qazanmış və 35 görüşdə (30 qələbə, 5 heç-heçə) məğlub olmurdu.

 

Almaniya son olaraq 2001-ci ildə dünya çempionatının seçmə mərhələ oyununda İngiltərəyə 1:5 hesabı ilə uduzub. Komanda daha əvvəl isə mundialların seçmə mərhələlərində 1985-ci ildə Portuqaliyaya məğlub olub - 0:1.

Xəbər xətti