Dortmund "Borussiya"sının idman direktoru Mixael Çork adı bir sıra Avropa nəhəngləri ilə hallanan Erlinq Holandın gələcəyi barədə danışıb.
Sportal.az xəbər verir ki, "Sky Germany"yə açıqlama verən klub rəsmisi şayiələrə fikir vermədiklərini söyləyib:
"Bu çərşənbə Mino Rayola (Holandın agenti - red.) ilə görüşdüm. Niyyətimizi qətiləşdirdik. Erlinqlə bağlı planlarımız uzunmüddətlidi. Şaiyələr barədə danışmaq məcburiyyətində deyilik. Onun uzun müddət bizimlə qalacağınə düşünürəm".
Mixael Çorkun açıqlamalarının əksinə olaraq Rayola və Holandın agenti "Barselona" rəsmiləri ilə görüşüb və mümkün keçidi müzakirə edib.
20 yaşlı norveçli forvard bu mövsüm "Borussiya" forması ilə bütün turnirlərdə 31 matçda 33 qol vurub, 8 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi