UEFA Azərbaycana aprelin 7-dək vaxt verdi

12:33 - 3 Aprel 2021

UEFA AÇ-2020-nin azarkeşlərin iştirakı ilə keçirilməsi ilə bağlı planların təqdim edilməsi üçün ev sahibi olan şəhərlərə vaxt qoyub.

 

Sportal.az xəbər verir ki, qurumun koronavirus üzrə tibb məsləhətçisi Daniel Kox Almaniya mətbuatına açıqlamasında bu barədə məlumat verib:

 

"Bu vəziyyət risklidir. Amma azarkeşlərin oyunlara buraxılmasına razılıq verən ölkələr bu məsuliyyəti öz üzərlərinə götürürlər. Hansı stadionlardan necə istifadə olunacağı aprelin əvvəllərində müəyyənləşəcək. Ev sahibiliyi edəcək şəhərlərin planlarını UEFA-ya təqdim etmək üçün aprelin 7-nə qədər vaxtları var".

 

11 iyun - 11 iyul tarixlərində keçiriləcək turnirin qrup mərhələsinin 3, 1/4 finalın isə bir oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir.

Xəbər xətti