"Borussiya"dan Sanço və Holandın gələcəyi ilə bağlı açıqlama

17:09 - 5 Aprel 2021

"Borussiya"nın CEO-su Hans-Yoahim Vatske komandanın hücumçusu Erlinq Holand və vingeri Ceydon Sançonun gələcəkləri barədə danışıb.

 

Sportal.az xəbər verir ki, klub rəsmisi Holandın daha bir mövsüm komandada qalacağını, Sançonu isə fantastik təklif gəldikdə sata biləcəklərini deyib:

 

"Holandın atası Old-İnq və agenti Mino Rayola görüşmüşük. Holandın komandada qalmasını və bizim üçün qollar vurmağa davam etməsini istəyirik. Bununla bağlı başqa planımız yoxdur. Əgər fantastik təklif gələrsə, Ceydon Sançonu satmağı düşünə bilərik. Həmin kluba transfer olub-olmamağı ilə bağlı isə futbolçunun özü və agenti ilə danışacağıq. Koronavirus pandemiyasına görə bu yay transferlərin limitli olacağını gözləyirik. Pandemiya transferlərə ciddi təsir edəcək".

 

20 yaşlı norveçli hücumçu Erlinq Holandın 2022-ci ilin yayından sonra 75 milyon avroluq sərbəst qalma qiyməti aktivləşəcək.

 

21 yaşlı ingilis futbolçu Ceydon Sançonun müqaviləsində isə belə bir baddə yoxdur.

Xəbər xətti