"Leypstiq" "Monako"nun futbolçusunu transfer etdi

16:01 - 13 Aprel 2021

“Leyptsiq” "Monako"dan icarəyə götürdüyü Benjamin Henriksin transfer hüququna yiyələnib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb. "Öküzlər" bu keçid üçün 15 milyon avro təzminat ödəyib.

 

Almaniya millisinin üzvü bu mövsüm keçirdiyi 15 oyunda 1 məhsuldar ötürmə edib.

Xəbər xətti