Hans-Diter Flikin mövsümün sonunda "Bavariya"dan ayrılacağı dəqiqləşib.
Sportal.az xəbər verir ki, 56 yaşlı mütəxəssis Almaniya millisini çalışdıracaq. Yoahim Löv Avropa çempionatından sonra Bundestimi tərk edəcək.
Onun yerinə əsas namizəd Flikdi. Almaniya mətbuatı tərəflərin artıq anlaşdığını, "Bavariya" rəhbərliyi ilə münasibətləri pisləşən mütəxəssisin təklifə müsbət cavab verdiyini yazıb.
Münhen klubu da artıq yeni baş məşqçisini müəyyənləşdirmək istiqamətində fəaliyyətə başlayıb. Media yazır ki, "Bavariya"da ilk hədəf hazırda "Leypsiq"i çalışdıran Yulian Naqelsmanndır.
saytlarin hazirlanmasi