Rusiyalı FIFA referisi Sergey Lapoçkin 90 günlük futboldan uzaqlaşdırılıb.
Sportal.az xəbər verir ki, 2018-ci ildə Avropa Liqasının 2-ci təsnifat mərhələsinin "Ventspils" (Latviya) - "Bordo" (Fransa) matçından əvvəl 40 yaşlı referidən oyunun nəticəsini manipulyasiya etməsini istəyiblər.
Baş hakim isə buna razılıq verməyib. Ancaq onun məsələ ilə bağlı müvafiq futbol orqanlarına məlumat verməməsi bu cəza ilə üzləşməsinə səbəb olub.
saytlarin hazirlanmasi