Bilbao Avropa çempionatından imtina etdi

16:41 - 22 Aprel 2021

İspaniyanın Bilbao şəhəri AÇ-2020-nin oyunlarını qəbul etməkdən imtina edib.

 

Sportal.az xəbər verir ki, şəhər hakimiyyəti stadionlara azarkeş buraxmaq tələblərini yerinə yetiməyəcəyi üçün bu addımı atıb.

 

Bilbao ilə yanaşı, Münhen və Dublin də UEFA-nın azarkeşlərlə bağlı tələbini yerinə yetirə bilməyəcəklərini bildiriblər. Lakin bu şəhərlər hələ ki turnirdən imtina etməyiblər.

 

UEFA-nın sabahkı iclasında təşkilatçı şəhərlərlə bağlı yekun qərar veriləcək.

Xəbər xətti