AÇ-2020-nin keçiriləcəyi şəhərlərin sayı azaldıldı - UEFA açıqladı

16:16 - 23 Aprel 2021

UEFA İcraiyyə Komitəsi Avro-2020-nin oyunlarının keçiriləcəyi şəhərlərin yekun siyahısını təsdiqləyib.

 

Sportal.az xəbər verir ki, İcraiyyə Komitəsininnin bugünkü iclasında təşkilatçı şəhərlərin sayının 12-dən 11-ə endirilməsi açıqlanıb.

 

Əvvəlcədən bilindiyi kimi, azarkeşlərlə bağlı təminat verməyən İrlandiyanın Dublin şəhəri ev sahibləri siyahısından çıxarılıb. Buradak keçirilməli olan qrup görüşlər Rusiyanın Sankt-Peterburt, 1/8 final mərhələsindəki oyun isə Londona həvalə olunub.

 

İspaniyanın Bilbao şəhəri də eyni səbəbdən ev sahibliyindən məhrum edilib. Bilbaoda keçirilməsi nəzərdə tutulan oyunlar Sevilyada olacaq. 

 

Beləliklə, Avro-2020-nin oyunlarına Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), "Sevilya" (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək.

 

11 iyun – 11 iyul tarixlərində keçiriləcək Avropa çempionatının 3 qrup və 1 1/4 final matçı Bakıda olacaq.

Xəbər xətti