"Bavariya" yeni baş məşqçisinin adını açıqlayıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, "Leyptsiq"in çalışdırıcısı Yulian Naqelsmann bundan sonra Münhen klubunun baş məşqçisi olacaq. 33 yaşlı mütəxəssis iyulun 1-dən fəaliyyətinə başlayacaq. Onunla 5 illik müqavilə imzalanıb.
"Bavariya" "Leyptsiq"ə bu keçid üçün 30 milyon avro təzminat ödəyib. Naqelsmann "Bavariya" tarixində ən gənc baş məşqçi olacaq.
Mütəxəssis bu postda Hans-Diter Fliki əvəzləyəcək.
saytlarin hazirlanmasi