"Yuventus" "Rubin"in futbolçusu Xviça Kvaratsxeliyanı transfer etmək üçün çalışır.
Sportal.az xəbər verir ki, Turin təmsilçisi Gürcüstan millisinin üzvü üçün 20 milyon avro təzminat ödəməyə hazırdır. Əgər "Qoca sinyora" Çempionlar Liqasına vəsiqə qazansa, gənc ulduzu transfer edəcək.
Bundan əlavə, gürcü yarımmüdafiəçi ilə "Napoli", "Milan" və Dortmund "Borussiya"sı da maraqlanır.
Kvaratsxeliya "Rubin"ə 2019-cu ildə "Rustavi"dən keçib. Gürcüstan millisinin üzvü bu mövsüm Rusiya Premyer Liqasında keçirdiyi 23 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib.
20 yaşlı futbolçu Azərbaycan yığmasının keçmiş hücumçusu Badri Kvaratsxeliyanın oğludur.
saytlarin hazirlanmasi