Avropa çempionatı ilə bağlı yeni qərar

15:05 - 4 May 2021

Avropa çempionatında milli komandaların heyətindəki futbolçu sayı artırılıb.

 

Sportal.az xəbər verir ki, hər bir komandanın heyətində 26 futbolçu yer ala bilər. Oyun zamanı isə komandalar 23 futbolçu sifariş etmək hüququna malik olacaqlar.

 

Millilər iyunun 1-dək heyəti UEFA-ya təqdim etməlidir.

 

Turnir iyunun 11-dən iyulun 12-dək baş tutacaq. Avropa çempionatının 4 oyunu Bakı Olimpiya stadionunda təşkil olunacaq.

Xəbər xətti