"Borussiya" Sançonun qiymətində endirim etdi

15:40 - 4 May 2021

"Borussiya" yayda vingeri Ceydon Sançonu satmağa hazırdır.

 

Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi 90 milyon avroluq təklif gələcəyi halda, ingilis futbolçunu sərbəst buraxacaq.

 

Ötən yay Bundesliqa klubu Sançonu 120 milyon avroya satmaqdan imtina etmişdi.

 

21 yaşlı oyunçu 2017-ci ildə "Mançester Siti" akademiyasından "Borussiya"ya 8 milyon avro qarşılığında keçib. O, komandada keçirdiyi 133 oyunda 46 qol vurub, 62 məhsuldar ötürmə edib.

Xəbər xətti