Çorluka məşqçilər korpusuna daxil edildi

15:15 - 6 May 2021

Rusiyanın "Lokomotiv" klubunun müdafiəçisi Vedran Çorluka Xorvatiya millisinin məşqçilər korpusuna daxil ediləcək.

 

Sportal.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şuker məlumat verib. O, bildirib ki, 35 yaşlı futbolçu Avropa çempionatında baş məşqçi Zlatko Daliçin köməkçisi olacaq.

 

Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək Bakı da daxil olmaqla, qitənin 11 şəhərində keçiriləcək.

Xəbər xətti