"Bayern" ardıcıl 9-cu dəfə Bundesliqa çempionu oldu

00:55 - 9 May 2021

Almaniyada Bundesliqasında 2020/21 mövsümünün qalibi məlum olub.

 

Sportal.az xəbər verir ki, sona iki tur qalmış "Bayern"in çempionluğu rəsmiləşib. Bu, münhenlilərin ən yaxın izləyicisi "Leypsiq"in XXXII tur matçını məğlubiyyətlə başa vurması nəticəsində reeallaşıb. Hazırda bu komandaları 7 xal ayırır ki, qalan görüşlərdə qələbə qazansa belə, "Leypsiq" "Bayern"ə çata bilməyəcək.

 

Bu, Münhen klubunun ardıcıl 9-cu çempionluğu olub.

Xəbər xətti