Almaniya Futbol İttifaqının prezidenti istefa verdi

15:08 - 17 May 2021

Almaniya Futbol İttifaqının prezidenti Frits Keller istefa verib.

 

Sportal.az xəbər verir ki, o, aprelin 23-ü təşkilatın rəyasət heyətinin iclasında qurumun vitse-prezidenti Rayner Koxu Nasist Xalq Tribunalının sədri Roland Freyslerlə müqayisə etmiş, daha sonra həmkarından üzr istəmişdi.

 

Kox isə prezidentin üzrünü qəbul etməmişdi. Kellerin bu səbəbdən istefa verdiyi bildirilir.

 

64 yaşlı funksioner 2019-cu ildə ittifaqın prezidenti idi.

Xəbər xətti