Kvaratsxeliya "Rubin"dən ayrılır - atası açıqladı

17:48 - 19 May 2021

Xviça Kvaratsxeliya yayda Rusiyanın “Rubin” klubundan ayrılacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə onun atası, Azərbaycan millisinin keçmiş futbolçusu Badri Kvaratsxeliya Gürcüstanın “Sportall” nəşrinə açıqlamasında bildirib. O, yayda oğlunun Rusiyadan ayrılacağını deyib:

 

“Sizi yüz faiz əmin edə bilərəm ki, Xviça yayda “Rubin”dən ayrılacaq. Hansı komandaya gedəcəyini deməyəcəm. Fərqli klublarla danışacaq. Oğlum istirahat edəcək və daha sonra harda oynayacağına qərar verəcək. Bütün gürcüləri oğlumun Rusiyada qalmayacağına inandırmaq istəyirəm”.

 

20 yaşlı yarımmüdafiəçi bu mövsüm Rusiya Premyer Liqasında 23 oyunda 4 qol vurub.

Xəbər xətti