Levandovskidən tarixi rekord

13:26 - 23 May 2021

"Bayern"in futbolçusu Robert Levandovski Bundesliqada tarixi rekorda imza atıb.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı hücumçu buna çempionatın sonuncu - 34-cü turunda "Auqsburq"la matçda (5:2) bir qol vurmaqla nail olub. O, başa çatan mövsüm çempionatda 41 qol vurub.

 

Polşalı forvard Herd Mülleri geridə qoyaraq (40 qol) Bundesliqada yeni rekord müəyyənləşdirib.

 

Levandovski bu mövsüm Bundesliqada keçirdiyi 29 matçda 41 qol vurub, 7 məhsuldar ötürmə edib.

Xəbər xətti