Bundesliqanın sonuncu - 34-cü turunda Dortmund "Borussiya"sı evdə "Bayer"ə 3:1 hesabı ilə qalib gəlib.
Sportal.az xəbər verir ki, bu qarşılaşmada meydan sahiblərinin qapıçısı Roman Bürki inanılmaz jestlə yadda qalıb.
Leverkuzen klubunun futbolçuları - Sven Bender və Lars Bender bu qarşılaşma ilə karyeralarını bitiriblər. 89-cu dəqiqədə Lars əkiz qardaşı Svenin əvəzinə meydana daxil olub. O, elə həmin dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Həmin anda isə "Borussiya"nın qapıçısı Roman Bürki Lars Benderin vuruşu zamanı yerindən tərpənməyib. Onun bu jesti mövsümə damğa vuran hərəkət olub. Qoldan sonra Lars Bender qapıçını qucaqlayıb və duyğusal anlar yaşayıb.
Bender qardaşları sağlamlıqlarına görə karyeralarını 32 yaşında bitirmək qərarına gəliblər.
saytlarin hazirlanmasi