Almaniya Bundesliqasında 2020/2021 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, bu ada Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holand layiq görülüb.
20 yaşlı norveçli futbolçu başa çatan mövsüm Bundesliqada keçirdiyi 28 oyunda 27 qol vurub, 8 məhsuldar ötürmə edib.
Çempion "Bayern"in hücumçusu Robert Levandovski 29 oyunda 41 qol vursa da, bu mükafatı qazana bilmədi.
saytlarin hazirlanmasi