Huntelar "Şalke"dən ayrıldı

22:49 - 3 İyun 2021

2-ci Bundesliqaya düşən "Şalke"ni daha 2 futbolçu tərk edib.

 

Sportal.az xəbər verir ki, hücumçu Klas-Yan Huntelar və müdafiəçi Sead Kolaşinats komandadan ayrılıb. Kolaşinats müqavilə ilə məxsus olduğu "Arsenal"a qayıdıb.

 

37 yaşlı Huntelar isə karyerasını bitirə bilər. 

 

Hər iki futbolçu qış fasiləsində helzenkirxenlilərə keçmişdi.

Xəbər xətti