Uels millisi Bakıda

12:55 - 8 İyun 2021

Avro-2020-nin A qrupunda Bakı Olimpiya Stadionunda iyunun 12-də İsveçrə, iyunun 16-da isə Türkiyə komandası ilə qarşılaşacaq Uels millisi bu gün Bakıya gəlib.

 

Sportal.az xəbər verir ki, AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

 

Xəbər xətti