Türkiyə İtaliyaya uduzudu - VİDEO

Bu gün Avro-2020-yə start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günü üçün nəzərdə tutulan 1 matç artıq başa çatıb. Turnirin açılış oyununda İtaliya Türkiyə ilə qarşılaşıb. Romadakı “Olimpiko” stadionunda oynanılan görüş İtaliya yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Koronavirus pandemiyasına səbəbindən ötən il keçirilməyən və bu ilə təxirə salınan Avro-2020 iyunun 11-dən iyulun 11-dək davam edəcək. Sayca 16-cı olacaq Avropa çempionatının oyunlarına 11 şəhər - Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), Sevilya (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionunda A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmaları, eləcə də 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək.

 

Avropa çempionatının son qalibi Portuqaliya millisidir.

 

11 iyun

23:00. Türkiyə - İtaliya - 0:3
Qollar:
Merih Demiral, 52 - avtoqol (0:1), Çiro İmmobile, 66 (0:2), Lorenzo İnsinye, 78 (0:3)
Roma, "Olimpiko" stadionu
Baş hakim: Denni Makkeli (Niderland)

 

Tarix: 12 İyun [00:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 İyun 2021
18  İyun 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio