Rusiyanın Matç TV kanalının şərhçisi Konstantin Qeniç Avro-2020-nin oyunlarına akkreditasiya ala bilməyib.
Sportal.az xəbər verir ki, bu barədə o, özünün Teleqram səhifəsində bildirib. O, bununla bağlı UEFA-dan məktub aldığını yazıb.
Qitənin ali futbol qurumunun belə qərarına Qeniçin Azərbaycan tərəfindən bloklanması səbəb olub. Qeniç Ermənistan işğalı altında olarkən Dağlıq Qarabağa qanunsuz səfər edib.
O ümid edir ki, UEFA sonradan onu da digər "Matç TV"nin şərhçisi Nobel Arustamyanın problemini həll etdiyi kimi akkreditasiya ilə təmin edəcək.
Bir neçə gün əvvəl Matç TV-nin şərhçilərindən Nobel Arustamyan akkreditasiya üçün müraciət etdiyi UEFA-dan eyni məsələlər ilə bağlı rədd cavabı almışdı. Lakin qitənin ali futbol qurumu sonradan ona Avro-2020 üçün akkreditasiyası verib.
saytlarin hazirlanmasi