Açılış matçının ən yaxşısı

16:16 - 12 İyun 2021

AVRO-2020-nin qrup mərhələsinin Türkiyə və İtaliya arasında keçirilən ilk tur matçının ən yaxşı futbolçusu məlum olub.

 

Sportal.az xəbər verir ki, bu, İtaliya yığmasının müdafiəçisi Leonardo Spinatsoladı.

 

Oyuna start heyətdə başlayan və sona qədər meydanda qalan Spinatsola Çiro İmmobilenin vurduğu 2-ci qolun ötürməsini verib.

 

Türkiyə - İtaliya matçı 0:3 hesabıyla bitib.

Xəbər xətti