Bakıdakı ilk oyunda qalib müəyyənləşmədi - VİDEO

20:32 - 12 İyun 2021

Bu gün tarixdə ilk dəfə Azərbaycanda Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilib.

 

Sportal.az xəbər verir ki, paytaxt Bakı A qrupunun Uels - İsveçrə matçına ev sahibliyi edib. Bakı Olimpiya Stadionda oynanılan görüş 1:1 hesabı ilə başa çatıb.

 

Turnirin daha 3 qarşılaşması - Türkiyə - Uels (16 iyun, 20:00), İsveçrə - Türkiyə (20 iyun, 20:00) matçları və 1/4 finalın 1 oyunu (3 iyul,. 20:00) Bakıda keçiriləcək.

 

12 iyun

A qrupu

 

17:00. İsveçrə - Uels- 1:1
Qollar:
Bril Embolo, 49 - Kiffer Mur, 74
Hakimlər: Kleman Türpen, Nikolya Dano, Siril Qrenqor (Fransa)
Bakı Olimpiya Stadionu

 

Xəbər xətti