De Byazi favoritlərini açıqladı

11:36 - 14 İyun 2021

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avropa çempionatındakı favoritlərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 65 yaşlı mütəxəssis İtaliya, İngiltərə, Fransa və Belçikanı fərqləndirib. O,  İngiltərənin Xorvatiyanı 1:0 hesabı ilə yendiyi görüşün kifayət qədər darıxdırıcı alındığını, amma qələbənin layiqli olduğunu vurğulayıb. De Byazi Belçika yığmasının Rusiyanı 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada dubl edən Romelu Lukakunu qeyri-adi və fiziki baxımdan qarşısıalınmaz futbolçu adlandırıb.

 

Baş məşqçinin fikrincə, İtaliyanın Türkiyəyə 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanı əsas tutaraq, bununla kifayətlənməmək və müəyyən hesablamalar aparmamaq lazımdı: “İtaliya çox yaxşı oynayır və topa sahib olur. Bu, baş məşqçinin istəyini çətinlik çəkmədən yerinə yetirən komandadı”.

 

İtaliyalı mütəxəssisin dördüncü favorit komandası olan Fransa millisi ilk görüşünü iyunun 15-də Almaniyaya qarşı keçirəcək.

Xəbər xətti