AÇ-2020-də avtoqol rekordu

10:10 - 20 İyun 2021

Avropa çempionatının qrup mərhələsində keçirilmiş Portuqaliya – Almaniya oyununda (2:4) antirekord qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, ilk dəfə qitə çempionatının bir matçında 2 avtoqol qeydə alınıb. Portuqaliyanın heyətində Ruben Diaş və Rafael Gerreyru topu öz qapısından keçiriblər.

 

AÇ-2020-də avtoqol sayı 5-ə çatıb. Buna qədər ən çox avtoqol AÇ-2016-da qeydə alınmışdı (3 dəfə).

Xəbər xətti