Danimarka 1/8 finalda, Rusiya mübarizəni dayandırdı

00:54 - 22 İyun 2021

Avro-2020-nin qrup mərhələsi davam edir.

 

Sportal.az xəbər verir ki, B qrupunda Rusiya Danimarka ilə qarşılaşıb və 1:4 hesabı ilə uduzub. Bu nəticədən sonra Danimarka qrupu 2-ci yerdə bitirib və 1/8 finala yüksəlib. Rusiya isə turnirlə vidalaşıb.

 

Finlandiya Belçika ilə qarşılaşıb və məğlub olub - 0:2. Belçika qrup 1-cisi olub, Finlandiya isə 3-cü yeri tutub.

 

AÇ-2020, 3-cü tur

21 iyun

B qrupu

23:00. Rusiya - Danimarka - 1:4
Qollar:
Dzyuba, 69 (pen.) - Damsqaard, 38, Poulsen, 59, Kristensen, Mahle, 82 (1:4)
Kopenhagen. “Parken” stadionu

 

23:00. Finlandiya - Belçika - 0:2
Qol:
Qradeçki, 74 (avtoqol), Lukaku, 81
“Sankt-Peterburq” stadionu

Xəbər xətti