Danimarka darmadağınla 1/8 finalda - VİDEO

00:12 - 27 İyun 2021

Avro-2020-nin Bakıda keçiriləcək 1/4 final oyununda iştirak edəcək ilk yığma müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bu, Danimarka millisidir. Komanda 1/8 finalda Uelsə 4:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Danimarkanın Bakıdakı matçdakı rəqibi  Niderland - Çexiya cütünün qalibi olacaq.

 

Paytaxtımızdakı 1/4 final mərhələsi görüşü iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.

 

Uels - Danimarka - 0:4
Qollar
: Dolberq, 27, 48, Mehle, 89, Breytveyt, 90+6

Xəbər xətti