Niderland Çexiyaya, Belçika Portuqaliyaya qarşı

11:51 - 27 İyun 2021

Avro-2020-də 1/8 final mərhələsi davam edir.

 

Sportal.az xəbər verir ki, ikinci oyun günündə də 2 qarşılaşma keçiriləcək.

 

Günün ilk matçında Niderland Çexiya ilə üz-üzə gələcək. Bu cütün qalibi iyulun 3-də 1/4 final oyununu Bakıda Danimarkaya qarşı keçirəcək.

 

Günün son görüşündə Belçika Portuqaliya ilə qarşılaşacaq. Mərhələni keçən kollektiv 1/4 finalda İtaliya ilə görüşəcək.

 

27 iyun

Avro-2020, 1/8 final mərhələsi

20:00. Niderland - Çexiya
Baş hakim
: Sergey Karasev (Rusiya)
Budapeşt. "Puşkaş Arena"

 

23:00. Belçika - Portuqaliya
Baş hakim
: Feliks Brix (Almaniya)
Sevilya. "Estadio La Cartuja"

Xəbər xətti