Avro-2020-də 1/8 final mərhələsi davam edir.
Sportal.az xəbər verir ki, ikinci oyun günündə iki görüş keçirilib. Günün ilk matçında Niderland Çexiya ilə üz-üzə gəlib. Çexiya rəqibini 2 cavabsız qolla məğlub edib. Çexiya millisi iyulun 3-də 1/4 final oyununu Bakıda Danimarkaya qarşı keçirəcək.
Günün son görüşündə Belçika Portuqaliya ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Belçika 1/4 finalda İtaliya ilə görüşəcək.
27 iyun
Avro-2020, 1/8 final mərhələsi
23:00. Belçika - Portuqaliya - 1:0
Qol: Torqan Hazard, 42
Baş hakim: Feliks Brix (Almaniya)
Sevilya. "Estadio La Cartuja"
20:00. Niderland - Çexiya - 0:2
Qollar: Hols, 68, Şik, 80
Qırmızı vərəqə: De Liqt, 52 (Niderland)
Baş hakim: Sergey Karasev (Rusiya)
Budapeşt. "Puşkaş Arena"