AÇ-2020-də 1/4 finalın iki cütlüyü müəyyənləşib.
Sportal.az xəbər verir ki, 1/8 finalda Niderlanda 2:0 hesabı ilə qalib gələn Çexiya növbəti mərhələdə Danimarkaya rəqib olub. Bu komandalar arasında görüş iyulun 3-ü Bakı Olimpiya Stadionunda keçiriləcək.
1/8 finalın digər qarşılaşmasında isə Belçika son qitə çempionu Portuqaliyanı 1:0 hesabı ilə məğlub edərək 1/4 finala adlayıb. Belçika növbəti mərhələdə İtaliya ilə qarşılaşacaq. Oyun iyulun 2-də Münhendəki "Alyans Arena"da baş tutacaq.
saytlarin hazirlanmasi