İspaniya 1/4 finalda, Fransa mübarizəni dayandırdı

01:47 - 29 İyun 2021

AÇ-2020-də 1/8 final mərhələsi davam edir.

 

Sportal.az xəbər verir ki, bu gün daha 2 matç keçirilib.

 

Əvvəlcə Xorvatiya İspaniya ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda 2 qol vuran İspaniya 1/4 finala yüksəlib.

 

Günün son matçında isə Fransa İsveçrə ilə qarşılaşıb. Oyunun əsas vaxtında qalaib müəyyənləşməyib - 3:3. Əlavə vaxtda da hesab dəyişmədiyi üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan İsveçrə mərhələdə adlayıb.

 

28 iyun

Avro-2020, 1/8 final mərhələsi

20:00. Xorvatiya - İspaniya - 3:5

Qollar: Pedri (avtoqol), Mislav Orşiç, 85, Mario Paşaliç, 90+2 - Pablo Sabrya, 38, Sesar Aspilikueta, 57, Fernan Torres, 77, Alvaro Morata, 100, Mikel Oyarsabal, 104

Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Kopenhagen, "Parken" stadionu

 

23:00. Fransa - İsveçrə - 3:3 (pen. 4:5)

Qollar: Kərim Benzema, 57, 59, Pol Poqba, 75 - Haris Seferoviç, 15, 81, Mario Qavranoviç. 90+1

 

Baş hakim: Fernando Rapalyini (Argentina)
Buxarest, "Milli Arena" stadionu.

Xəbər xətti