Bu gün Avro-2020-də 1/8 final mərhələsinə yekun vurulub.
Sportal.az xəbər verir ki, 4-cü oyun günündə 2 matç keçirilib.
İngiltərə "Uembli"də Almaniya ilə üz-üzə gəlib. İngilislər 2:0 hesablı qələbə ilə 1/4 finala yüksəlib. Almaniya isə turnirlə vidalaşıb. Bununla da "ölüm qrupu" sayılan F qrupunun pley-offa yüksələn hər üç iştirakçısı - Fransa, Portuqaliya və Almaniya 1/4 finala çıxa bilməyərək yarışda mübarizəni dayandırıb.
Günün son matçında isə İsveç Ukrayna ilə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada daha bir qol vuran Ukrayna növbəti mərhələyə yüksəlib. Komanda 1/4 finalda İngiltərə ilə üz-üzə gələcək.
1/4 final mərhələsinin daha 3 görüşünün tərkibi belədir: İsveçrə - İspaniya, Belçika - İtaliya, Çexiya - Danimarka.
AVRO-2020
1/8 final
29 iyun
23:00. İsveç – Ukrayna – 1:2 (əlavə vaxt)
Qollar: Emil Forsberq, 43 – Aleksandr Zinçenko, 27, Artyom Dovbik, 120+1
Qlazqo. “Hampden Park” stadionu
20:00. İngiltərə - Almaniya - 2:0
Qollar: Sterlinq, 75, Keyn, 86
London. "Uembli" stadionu.