İsveçrə 67 illik həsrətə son qoydu

15:45 - 29 İyun 2021

Avropa çempionatında 1/4 finala yüksələn İsveçrə millisi 67 illik həsrətə son qoyub.

 

Sportal.az xəbər verir ki, Fransanı mübarizədən kənarlaşdıran komanda uzun müddət idi irimiqyaslı turnirlərdə ən güclü 8 komanda arasında yer ala bilmirdi. Bu kollektiv sonuncu dəfə 1954-cü ildə İsveçrədə təşkil olunan dünya çempionatının 1/4 final mərhələsində mübarizə aparmaq hüququ qazanıb.

 

Fransa-İsveçrə oyununun əsas vaxtı 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda da qalib müəyyənləşməyib. Penalti seriyasını dəqiq yerinə yetirən İsveçrə millisi (5:4) Avropa çempionatının 1/4 final mərhələsinə yüksəlib.

Xəbər xətti