Fransa millisinin hücumçusu Kərim Benzema Avropa çempionatları tarixində ən tez dubl edən ikinci futbolçu olub.
Sportal.az xəbər verir ki, o, buna AÇ-2020-nin 1/4 finalında İsveçrə ilə oyunda nail olub. Benzemaya 2 qol vurmaq üçün 103 saniyə lazım olub.
Siyahıya isveçli futbolçu Henrik Larsson başçılıq edir. O, 2004-cü ildə Portuqaliyada təşkil olunan Avropa çempionatında Bolqarıstan millisi ilə oyunda 71 saniyəyə dubl edib.
saytlarin hazirlanmasi