“Borussiya”nın yeni idman direktoru müəyyənləşib.
Sportal.az xəbər verir ki, Dortmund təmsilçisində bu vəzifəni Sebastyan Kel tutacaq. O, 2022-ci ilin yayında postundan gedəcək Mixael Çorku əvəz edəcək.
41 yaşlı funksionerlə 4 illik müqavilə imzalanıb.
Kel 2002-2015-ci illər aralığında "Borussiya"da futbolçu kimi çıxış edib. Çork isə 1998-ci ildən Dortmund klubunda çalışırdı.
saytlarin hazirlanmasi