1/4 finalın iki oyununa təyinatlar

17:01 - 30 İyun 2021

AVRO-2020-nin 1/4 final mərhələsində keçiriləcək İsveçrə - İspaniya və Belçika - İtaliya matçlarının təyinatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində baş tutacaq İsveçrə - İspaniya oyununu İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Maykl Oliver olacaq. Ona yan xətlərdə Stüart Bret və Saymon Bennett kömək edəcəklər. Dördüncü hakim rumıniyalı Ovidiu Haçeqan olacaq.

 

Almaniyanın Mühnen şəhərində keçiriləcək Belçika - İtaliya matçını isə Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Slavko Vinçiç olacaq. Ona yan xətlərdə Tomaj Klançnik və Andraj Kovaçiç kömək edəcəklər. Dördüncü hakim funksiyasını argentinalı Andres Rapallini yerinə yetirəcək.

 

Hər iki oyun iyulun 2-də keçiriləcək.

Xəbər xətti