Portuqaliya millisinin hücumçusu "Leyptsiq"də

00:45 - 1 İyul 2021

Almaniyanın "Leyptsiq" klubu heyətini gücləndirib.

 

Sportal.az "Bild"ə istinadla xəbər verir ki, "öküzlər" "Ayntraxt"dan Andre Silvanı 23 milyon avro qarşılığında transfer edib. Portuqaliya millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. Onun illik maaşı 4 milyon avro olacaq.

 

25 yaşlı hücumçu ötən mövsüm Bundesliqada keçirdiyi 32 oyunda 28 qol vurub, 8 məhsuldar ötürmə edib.

Xəbər xətti