AVRO-2020-də 1/4 final mərhələsinə start verilib. İlk oyun günündə iki matç keçirilib.
Sportal.az xəbər verir ki, əvvəlcə İspaniya və İsveçrə münasibətlərinə aydınlıq gətirib. Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1. Penaltilər seriyasında daha dəqiq olan ispanlar ilk yarımfinalçı adını qazanıb.
Günün digər matçı Almaniyanın Münhen şəhərində baş tutub. Burda turnirin favoritlərindən olan Belçika və İtaliya milli komandaları üz-üzə gəlib. 2:1 hesabı ilə qalib gələn apeninlilər yarımfinalda İspaniyaya rəqib olub.
AVRO-2020
1/4 final
2 iyul
20:00. İsveçrə - İspaniya - 1:1 (penaltilər - 1:3)
Qollar: Şakiri, 68 - Zakaria, 8 (öz qapısına)
23:00. Belçika - İtaliya - 1:2
Qollar: Lukaku, 45+2 - Barella, 31, İnsinye, 44.