Şakiri: "Müdafiə komandası deyilik"

15:01 - 2 İyul 2021

AÇ-2020-nin 1/4 finalında İspaniya ilə qarşılaşacaq İsveçrə millisinin üzvü Xerdan Şakiri açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi bunları deyib:

 

"Biz yalnız müdafiə olunan komanda deyilik və bunu dəfələrlə sübut etdik. Fransa kimi komandaya 3 qol vurduq. Buna görə də İspaniya ilə matçda da öz oyunumuzu nümayiş etdirəcəyik. Fransaya qarşı oyunuma görə özümlə qürur duyuram. Komandamız üçün çox çətin keçdi. İspaniyaya qarşı da bütün gücümüzü meydanda qoyacağıq".

 

Sankt-Peterburqda keçiriləcək İsveçrə - İspaniya oyunu Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Xəbər xətti