AVRO-2020-də 1/4 final mərhələsinə yekun vurulub.
Sportal.az xəbər verir ki, son oyun günündə iki matç keçirilib.
Əvvəlcə Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka milliləri qarşılaşıb. 2:1 hesabı ilə qələbə qazanan Danimarka yarımfinala yüksəlib.
Günün və mərhələsinin son görüşündə isə İngiltərə və Ukrayna yığmaları üz-üzə gəlib. İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda keçirilən qarşılaşma İngiltərə yığmasının böyük hesablı qələbəsi ilə başa çatıb. 4 cavabsız qolla qalib gələn ingilislər son yarımfinalçı adını qazanıb.
Yarımfinalda İtaliya - İspaniya, İngiltərə - Danimarka matçları keçiriləcək.
AVRO-2020
1/4 final
3 iyul
20:00. Çexiya - Danimarka - 1:2
Qollar: Şik, 48 - Dileyni, 5, Dolberq, 42
23:00. Ukrayna - İngiltərə - 0:4
Qollar: Keyn, 4, 50, Maquayr, 46, Henderson, 63.