Sautqeyt: "Son 2 oyunda qalib gəlmək istəyirik"

13:49 - 4 İyul 2021

AÇ-2020-nin 1/4 finalında Ukraynanı məğlub edən (4:0) İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, yarımfinala yüksəlmələri barədə danışıb:

 

"Möhtəşəm oyun keçirdik. İndiyə kimi 5 matçda qalib gəldik. Son 2 oyunumuz qalıb və bunlar da qalib gəlmək istəyirik. Çox uzun il keçiririk. Yarımfinalı "Uembli"də keçirəcəyik. Hamı səbirsizliklə gözləsin və bunun dadını çıxarsın. Danimarka ilə oyuna hazırlaşmağa daha tez başlayacağıq".

Xəbər xətti