Danimarka millisinin kapitanı Simon Kyaer AÇ-2020-nin yarımfinal matçında Çexiyaya 2:1 hesabı ilə ıqalib gəldikləri oyun barədə danışıb.
Sportal.az xəbər verir ki, o, finala çıxmaq istədiklərini deyib:
"Çexiyaya bir qədər çox fürsət verdik. Amma yekunda qalib gəldik. Təzyiq altında müdafiə olunmağı sevirəm. Bu turnirə gələndə bir məqsədimiz var idi: "Uembli"yə yenidən qayıtmaq. Yarımfinalın mənim üçün yetərli olduğunu desəm, yalançı olaram. Özümüzü toplamalıyıq və İngiltərə ilə "Uembli"dəki oyunu düşünməliyik".
Danimarka - Çexiya oyunu Bakı Olimpiya Stadionunda keçirilib.
saytlarin hazirlanmasi