Almaniya Bundesliqasında yeni mövsümün oyunlarına buraxılacaq azarkeş sayı məlum olub.
Sportal.az xəbər verir ki, qarşılaşmalarda stadionun tutumunun 50 faizi qədər izləyici olmasına icazə veriləcək.
Bu barədə Almaniya mətbuatı məlumat yayıb. 50 faiz azarkeşə icazə verilsə də, tamaşaçıların ümumi sayı 25 mini keçməməlidi. Bu qərar sentyabrın 13-dək qüvvədə olacaq.
Almaniya Bundesliqasında yeni mövsümə avqustun 13-də start veriləcək.