Rusiya millisinin baş məşqçisi istefaya göndərildi

17:12 - 8 İyul 2021

Rusiya milli komandasının baş məşqçisi Stanislav Çerçesov istefaya göndərilib.

 

Sportal.az xəbər verir ki, Rusiya Futbol İttifaqı 57 yaşlı mütəxəssisin müqaviləsinə xitam verib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

 

Çerçesovun istefasına səbəb Rusiya yığmasının Avropa çempionatında göstərdiyi uğursuz nəticədir. Onun rəhbərlik etdiyi komanda B qrupunda 3 xalla sonuncu pillənin sahibi olub.

 

Qeyd edək ki, Stanislav Çerçesov 2016-cı ildən Rusiya millisinə rəhbərlik edirdi.

Xəbər xətti