İngiltərə hökuməti italiyalı azarkeşləri finala buraxmır

13:13 - 9 İyul 2021

İtaliyalı azarkeşlər AVRO-2020-nin İngiltərəyə qarşı final oyununda komandanın yanında olmaya bilər.

 

Sportal.az xəbər verir ki, İngiltərə hökuməti futbol üçün Londona getmək niyyətində olan italyanlara icazə vermir.


Bu barədə ölkənin nəqliyyat naziri Qrant Şapps bildirib. O, əgər hər hansı italiyalının yalnız futbol üçün İngiltərəyə gəlmək istədiyi üzə çıxarsa, buna icazə verilməyəcəyini bildirib. İtaliyadan bəzi uçuşlar artıq ləğv olunub.
 

İngiltərədə İtaliyadan gələnlər üçün 10 günlük karantin qaydası qüvvədədi.
 

İyunun 11-də Londondakı "Uembli" stadionunda keçiriləcək həlledici matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xəbər xətti