Millimizin baş məşqçisi Avropa çempionatında favoritini açıqladı

13:27 - 10 İyul 2021

Milli komandamızın baş məşqçisi Canni De Byazi Avro-2020 haqqında danışıb.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis Fransanın mübarizəni erkən dayandırmağına təəccübləndiyini deyib: 

 

“AVRO-2020-dən əvvəl qızıl medallar uğrunda Belçika, İtaliya və İngiltərənin qızıl medallar uğrunda mübarizə aparacağını ehtimal etmişdim. Proqnozum yaxşı çıxdı. Fransızlar məni çox təəccübləndirdi. Fərdi olaraq onlar yüksək səviyyədədi. Sadəcə mentalitet məsələsində nəsə alınmadı onlarda. İtaliya millisində isə bu planda üstünlük var idi".

 

De Byazi İtaliyanın finalda qalib gələcəyini düşünür:

 

Çətin mübarizədən sonra onların istirahət etmək üçün çox zamanı var idi. İtaliya finalı udacaq. İspaniya ilə görüşdə tempə düşmək üçün zaman lazım oldu. Amma mən onların durumuna görə narahat deyiləm. Bundan əvvəl onlar Avstriya ilə ağır oyun oynadılar və öz güclərini göstərdilər. Matçın istənilən vaxtında onlar oyunun kontrolunu ələ ala bilirlər. İspaniya ilə matçda da bunu etdilər. İtaliya gənc komandadı. Bu uşaqlar hələ böyüyəcəklər və Roberto Mançini üçün daha rahat olacaq.

 

Hazırki İtaliya millisində heç kim özünü komandanın ulduzu hesab etmir. Çünki bütün komanda ulduzdu. Bu komandada hamı bir-birini sevir, sualsız-sorğusuz bir-birinə kömək edir. Öz aralarında problemləri yoxdu. Əsl gözəl ailədi”.

 

Qeyd edək ki, İngiltərə ilə İtaliya arasında final qarşılaşması sabah saat 23:00-da baş tutacaq.

Xəbər xətti