UEFA İntizam Komitəsi Macarıstan Futbol Federasiyasını cəzalandırıb.
Sportal.az xəbər verir ki, buna macar azarkeşlərin AÇ-2020-nin qrup mərhələsində Portuqaliya, Fransa və Almaniya ilə matçlarda irqçi hərəkətləri, ayrıseçkiliyin yer aldığı pankartlar açması səbəb olub.
Macarıstan millisi biri 2 il müddətinə şərti olmaqla, ümumilikdə üç matç azarkeşsiz oynamaq cəzasına məruz qalıb.
Federasiya isə 100 min avro cərimələnib.
saytlarin hazirlanmasi